Narsisizm nədir və niyə getdikcə daha çox adamda müşahidə olunur

Narsisizm termini Qədim Yunanıstanda təxminən 1887-ci ildə Binet tərəfindən gətirilmişdir. Yunan əfsanəsinə görə Narsist adlı gənc suda öz təsvirini görərək vurulmuş və öz gözəlliyinin tamaşasından ayrıla bilməyərək özünə qarşı sevgidən vəfat etmişdir. Məhz bu mif Freydi bu patologiyaya narsizm adı verməyə ruhlandırmışdır. Sağlam bir ailə münasibətində böyüyən uşağın bəyənilmə və sevilmə arzusu yetərincə tətmin olunduğunda yeniyetməlik və gənclik dönəmində insan özünü sevir və özünə dəyər verir. Lakin, normal inkişaf dövründə uşağın təməl narsistlik ehtiyaclarının yetərincə görülmədiyi yəni, diqqət və qayğı, sevgi olmadığı, dəyərlilik hissinin yaşanmadığı vəziyyətlərdə narsistik şəxsiyyət pozuntusu ortaya çıxır. Narsistik şəxsiyyət pozuntusu olan insanlar başqalarının düşüncə və istəklərinə lazımi diqqəti göstərmirlər, onlar üçün hər zaman özləri daha önəmlidir. Bu cür insanlar öz plan və hədəflərinə çatmayanda çox böyük ruh düşkünlüyü yaşaya bilirlər. Üstünlük duyğusu, bəyənilmə istəyi, heyranlıq gözləntisi və empati qurmama narsistik şəxsiyyət pozuntusunun ən əsas xüsusiyyətlərindəndir. Bu cür insanlar ürəkdən və dərindən sevə bilməzlər və ya dərindən kədər hissi keçirməzlər. Kənardan soyuq, məsafəli, özündənrazı, özünü bəyənmiş kimi görünsələr də, bu görünüşlərinin altında, əslində inciməyə meyilli, qırılqan, özgüvənində özünə verdiyi dəyəri az olan bir şəxsiyyət vardır. Narsistik şəx poz olan insanlar özlərinə əzab verib, bir tamamlanmamışlıq hissi içərisində ömürlərini tükədirlər. Nə özlərini, nə də başqalarını sevə bilmirlər. Böyük ehtimal, sizin də ətrafınızda bu xüsusiyyətlərə malik insanlar var. Amma şəxsiyyət pozuqluğu bu xüsusiyyətlərin özünə və ya ətrafındakılara zərər verəcək həddə təzahür etməsidir. Narsist şəxsiyyət Çox vaxt başqa insanlar ilə yaşadıqları problemləri öz davranışlarının bir nəticəsi olaraq yox, əksinə başqa insanların səhfləri nəticəsində olduğuna inanırlar. Bu insanlar çoxluqda duyğusal problemlərlə bacara bilmirlər və depressiyaya düşdükdə psixoloqa müraciət edirlər. Bu şəxsiyyət tipinə məxsus olan insanların psixoloqa müraciəti onlara başqaları ilə münasibətdə daha pozitif və faydalı şəkillərdə davranmağı öyrənməsi, özü və başqaları haqqında daha gerçəkci düşüncələr yaratması üçün faydalı ola bilər.