Ana südünün psixoemosiyonal inkişafa təsiri
Hər ana körpəsini əmizdirmək istəyir və bəzən doğuşdan sonra 1-2 gün ərzində ana südü ilə problemi olan analar bununla bağlı qeyri-kafi hiss edirlər. Ana südü körpə üçün ən uyğun qidadır. Çünki bütün canlıların südü öz növlərinə xas olacaq bir kompozisiya ilə yaradılmışdır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNİCEF körpənin ilk altı ayında yalnız ana südü verilməsini və ana südü ilə qidalanma müddətinin 2 yaşına qədər davam etməsini tövsiyə edir.
Yaxşı, bu qədər vacib və dəyərli olan ana südünün körpə üçün faydaları nələrdir?
• Əmmək, körpənin doğuşdan var olan və emosional ehtiyacını qarşılayan təbii bir refleksdir: Körpələr toxunulmağı və qucaqlanmağı sevirlər. Çoxsaylı tədqiqatlar göstərir ki, qucaqda tutulmayan və bədən təmaslarından məhrum olan vaxtından əvvəl doğulmuş körpələrin ölmə ehtimalı daha yüksəkdir. Əmzirmə zamanı ana ilə sıx fiziki təmasda olmaq, körpənin bu vacib ehtiyacını ödəmək baxımından çox vacibdir.
• Ana südü ilə qidalanan körpələrin orta I.Q. balları daha yüksəkdir. Bu mövzuda bir çox araşdırma var və ən son araşdırma Yeni Zelandiyada aparılıb. 1000-dən çox şəxs üzərində aparılan və bu şəxslərin 18 illik müayinəsindən ibarət olan bu araşdırmada, körpəlikdən ana südü ilə qidalananların daha yüksək zəka səviyyələrinə və daha yüksək akademik müvəffəqiyyətlərə sahib olduqları təsbit edildi.
• Ana südü ilə qidalanan körpələr daha yaxşı sosial inkişaf göstərirlər. Həyatın 12-ci ayının sonunda, süni qidalanan körpələrin ana südü ilə qidalanan körpələrlə müqayisə edildiyi zaman, psixomotor və sosial inkişafın ana südü ilə qidalanan körpələrdə əhəmiyyətli dərəcədə yüksək olduğu aşkar edildi. Əmzirmə göz-əl koordinasiyasının yaranmasına kömək edir.
Ana südü asanlıqla həzm olunur, bağırsaqlarda tənzimləyici təsir göstərir və bu səbəbdən də ishal olan körpələrə verilməsi müalicəyə kömək edir. Tənəffüs yollarında problem olsa belə körpəni qarışıqla qidalandırmağa davam etmək, tənəffüs yollarında bəlğəm və yapışqan sekresiyaların artmasına səbəb ola bilər.
• Ana südündəki maddələr körpəni infeksiyalara qarşı daha təsirli şəkildə qorumağa kömək edir və körpənin öz immunitet sisteminin inkişafını sürətləndirir.
• Əmzirmə allergiyadan qoruyur və bu qoruyucu təsir yetkin yaşa qədər davam edir. Bir ay və ya daha uzun müddət ərzində ana südü ilə qidalanmaq həm qida allergiyasına, həm də tənəffüs yollarında meydana gələn allergiyaya qarşı qoruyucudur. Əslində, tədqiqatlar ana südünün genetik olaraq alerji inkişafına meylli olan şəxslərdə belə qoruyucu təsir göstərdiyini göstərdi.
• Ana südü körpə üçün təbii bir ağrı kəsicidir, çünkü tərkibində endorfin adlanan maddələr var. Bu morfinə bənzər təbii maddələr ağrıkəsici xüsusiyyətlərin yanında sakitləşdirici təsir göstərir. Bundan əlavə, əmizdirmə zamanı körpənin anaya yaxın olması da onun üzərində psixoloji rahatlaşdırıcı təsir göstərir.
• Reflü, Orta qulaq infeksiyaları, bakterial menenjit, göz infeksiyalarından, görmə qüsurları, diş çürüyü, piylənmə riski, Sidik yolu infeksiyaları ana südü ilə bəslənən körpələrdə daha az yaygındır.
• Ana südü ilə qidalanan qızların gələcəkdə məmə xərçənginə tutulma riski, ana südü almayanlara nisbətən 25% daha azdır. • Şüşə ilə qidalanan körpələrin gələcəkdə I tip diabetə yoluxma riski daha yüksəkdir.