Emosional zəka nədir?

Duyğusal zəka nədir?
Duygusal zəka, hisslərimizi və duyğularımızı fərqli vəziyyətlərə uyğunlaşdıraraq hiss etmək, anlamaq və tətbiq etmək üçün özümüzü idarə etməyimizə imkan verən qabiliyyətdir. Duygusal zəka yaxşı insanlararası ünsiyyət üçün vacibdir. Bəzi mütəxəssislər bu qabiliyyətin həyat müvəffəqiyyətini təyin etməkdə IQ-dən daha vacib olduğuna inanırlar.
NECƏ İSTİFADƏ ETMƏLİ
Duygusal zəka gündəlik həyatınızda bir çox fərqli şəkildə istifadə edilə bilər. Emosional zəkanı tətbiq etməyin bəzi fərqli yolları arasında
• Tənqid və məsuliyyəti qəbul edə bilmək
• Səhv etdikdən sonra irəliləyə bilmək
• Lazım gələndə yox deyə bilmək
• Hisslərinizi başqaları ilə bölüşə bilmək
• Problemləri hamı üçün uyğun olan yollarla həll edə bilmək
• Başqa insanlara qarşı şəfqət hiss etmək
• YAXŞI dinləmə bacarıqlarına sahib olmaq
• Başqalarının mühakimə etməmək
Duyğusal zəka hər nə qədər sabit olsa da, müəyyən çalışmalarla, gücləndirib inkişaf etdirmək mümkün görünür. Bunun üçün 4 praktik üsul var.
1. Özünüzü pis hiss etdiyiniz zaman məşğul olmağa çalışmayın. tutalım ki İş yerinizdə sizi çətinə salacaq bir vəziyyətlə qarşılaşdınız. Evə gedib fikrinizi dağıdacaq şeylərlə məşğul olmağa çalışırsınız. Duyğularınızı film, serial, sosial media, yemək və s. kimi şeylərə yönəldərək həmin anı düşünmək istəmirsiniz. Amma duyğularınızı bu şəkildə keyidərək emosional zəkanızı düşürürsünüz. Belə vəziyyətlərdə duyğularınızı keyitmək əvəzinə onlarla üzləşin. Niyə özünüzü pis hiss etdiyinizi tapın və onu həll etməyə çalışın. Duyğularınızı qəbul edin, onları hiss etməkdən çəkinməyin.
2. Duyğularınızı sorğulayın kontrol edin. Duyğusal təcrübələrinizi periodik olaraq kontrol edin. Məsələn gün ərzində bir alarm qurun və duyğularınızı müşahidə edin. Özünüzə “hal-hazırda necə hiss edirsən?” kimi suallar ünvanlayın. Duyğularınızı araşdırın və düşüncələrinizlə arasında bağlantı yaratağa çalışın.
3. Başqalarının duyğularını görün. Eyni fikirdə olmasanız belə qarşınızdakı insanın duyğularını doğrulamağı öyrənin. Özünüzü onun yerinə qoyaraq hiss edin və anlayın. Onu təsdiqləyin. Bu sayədə empatiya bacarığınız güclənəcək.
4. Qarşınızdakı insanın danışığını təkrarlayın. Danışma əsnasında qarşınızdakını təkrarlasanız bu onun dinlədiyinizi göstərəcək. Onunla danışarkən eşitdiklərinizi təkrar edin. Öz şəxsi duyğunuzu inkişaf etdirmək qarşınızdakı insanları daha net anlamağınıza kömək edəcək. Öz hisslərinizi öyrənərək başqalarını daha yaxşı anlayacaqsınız.