Uşaqlarda Qorxu Hissi

Qorxu uşaqların inkişafının bir hissəsidir. Bir uşağın nə vaxt və nədən qorxacağını müəyyən etmək olduqca çətindir. Çünki qorxunun meydana gəlməsində ətraf mühit, keçmiş hadisələr və o andakı psixofizioloji vəziyyət rol oynayır. Qorxular əsasən yaşa paralel olaraq artır. Uşaqların qorxuarı yaşa görə dəyişir mi? 2-6 yaş arası qorxulara tez-tez rast gəlinir. Bu yaşda qorxular ümumilikdə məntiqdən uzaqdır. Qaranlıq, göy gurultusu, aiələdən uzaq qalma qorxuları vardır. 7-12 yaşlarda daha konkret şeylərdən qorxurlar. Yaralanmaqdan, it və digər heyvanlardan, özlərinə zərər verə biləcək digər insanlardan, filmlərdən qorxular başlar. Ən tipik olan da cinlər və ruhlardır. İmtahandan qalmaq, sinifdə qalmaq kimi məktəblə bağlı qorxular da bu dövrə aiddir. 13-18 yaşlarında isə daha çox ictimai qorxular başlayır. Cəmiyyət içərisində yaşanacaqlardan, bəyənilməməkdən, siyasi mühitlərə dair qorxular başalayar. Cinlər və ruhlara dair qorxular qaranlıq qorxusu ilə birlikdə yaranır. Uşaqlar üçün qaranlıqda hər şey fərqlidir və qaranlıqda özlərini tənha hiss edərlər. Uşaq qorxduğu zaman istehza edib gülsəniz, bu mövzu haqqında danışılmasa uşaqda qorxu qalır. Valideynin sevgi və səbrindən əmin olan uşaq, əmin olmayan və qorxan uşağa görə özünü daha yaxşı hiss edər Necə kömək edə bilərəm? • Uşağınızın qorxularını dinləyin. Onu anladığınızı bildirən mesajlar verin. Yaşadıqları onun üçün gerçəkdir. Bu səbəbdən lağ etməyin, mühakimə etməyin. Bir çox nağıl və uşaq kitabı qorxu və qorxuya qalib gəlmə məsələsini işləyir. Nağıllardan istifadə etmək əlaqənizi asanlaşdırar. • Qorxular bilgi əksikliyindən qaynaqlanır. Çox vaxt uşağa ehtiyac duyduğu biliyi verdikdən sonra çox qısa zamanda bu qorxulardan qurtulduğunu görürsünüz. • Qorxusu haqqında danışmasına şərait yaradın. Onların hər zaman sizin qayğınıza və dəstəyinizə ehtiyacları var. • Qorxusunu təsvir etdirin. Uşağınızla danışarkən onun dilində danışın, sadəcə duymaq istədiyi məlumatı verin. • Danışdıqdan sonra qorxunun səbəbini düşünün, araşdırın. • Duyğularını haqlı hesab edin. Uşaq itdən qorxduğunu söyədikdə heç itdən qorxulur mu demək yerinə, haqlısan səni dişləyə bilər demək daha doğrudur. • Onları ürəkləndirin. Qaranlıqdan qorxursa otağına gecə lampası qoyun, otağın qapısını açıq qoyun. • Uşaqlara rəsm çəkdirin. Rəsm vasitəsilə həm onların duyğularını öyrənə bilərsiz, həm də hə yolu tapmaqda istifadə edə bilərsiniz.