Reaktiv bağlanma pozuntusu nədir
İşləyən anaların sayısındakı artım, böyük şəhər həyatı və dolanışıq problemləri ilə məşğul olmağımız, autism spekt pozuntusu və reaktiv bağlanma pozuntusu diaqnozu sayısının artmasında çox böyük təsiri var. Reaktiv bağlanma pozuntusu, körpə-ana münasibətlərinin, xüsusilə 0-1 yaş arasında sağlam inkişaf edə bilməməsindən qaynaqlanır. Problemin əsas səbəbi ana və ya tərbiyəçinin körpənin ehtiyaclarını dərhal görə bilməməsi, lazımi inamın qurula bilməməsidir, yəni reaktiv dediyimiz ana ilə körpə arasında bağlılığın yetərli olmamasıdır. Bu səhlənkarlığın müxtəlif səbəbləri ola bilər.
Gənc və təcrübəsiz bir valideyn olmaq
İstənməyən hamiləlik
Əkiz və ya üçəm olması
Üst üstə qısa müddətdə uşaq sahibi olmaq
Ananın narkotik və alkoqol istifadəsi
Bəzi səbəblərə görə ananın işə çıxması
Bir çox dəfə və tez-tez baxıcının dəyişməsi
Uşaq evlərində böyümə
Ananın doğuşdan sonrakı depressiyası
Uşağın yaşamın ilk aylarından etibarən televizor, planşet və telefon qarşısında uzun saatlar keçirməsi səbəb göstərilə bilər.
Sağlam emosional bağlılıq əldə edə bilməyən bu uşaqlar, etibar hissi inkişaf etdirə bilmirlər və nəticədə emosional inkişafda problemlər yaranır. Bu vəziyyət 5 yaşından əvvəl başlayır və özünü sosial ünsiyyətdəki problemlərlə göstərir. Simptomlar arasında
• Sosial ünsiyyətə öz başına başlayamamaq,
• Səsləndiyinizdə baxmaması
• Narahat olması və ağlayarkən asanlıqla sakitləşməməsi
• Ananın yanında olub olmamasına diqqət yetirməməsi
• Uzun müddətli göz kontaktı qurmaması
• Fiziki təmasdan xoşlanmamaq və ya tamamilə rədd etmək
• Xəyali oyun oynamamaq
• Əl və üz jestlərindən istifadə etməmək,
• Nitqin ləngiməsi
• Təkrarlanan hərəkətlərin olması sayıla bilər.
Autizm spektr pozuntusu ilə reaktiv bağlanma pozuntusunu klinik olaraq bir birindən ayırmaq çətindir. Reaktiv bağlanma pozuntusunun autizmdən fərqli xüsusiyyətləri arasında
• Qarşılıqlı sosial münasibətlər üçün daha istəkli olması və tez uyqunlaşması
• Sağlam və düzgün baxımdan sonra və davamlılıq göstərildiyində anormal sosial reaksiyaların zamanla yaxşılaşmağa başlaması
• Nitqin gecikməsi daha az şiddətli olması
• Autizmimdə çox rast gəlinən təfəkkür problemlərin olmaması sadalana bilər.
Erkən müdaxilə və müalicə reaktiv bağlanma pozuntusunda çox vacibdir. Bu diaqnozu olan bir çox uşaq vaxtında başlanan təhsil və müalicə ilə normal inkişafda olan yaşıdları səviyyəsinə gələr bilər. Lazımi pedaqojik müdaxilə etmək və səbəbləri aradan qaldırmaqla effektif nəticə görmək mümkündür. Unutmamaq lazımdır ki, müdaxilə nə qədər tez edilsə, bir o qədər üz güldürən sonuçlar əldə ediləcəkdir.