Konversiyon Pozuntu nədir?

olan konversion pozuntu beyindəki psixoloji gərginliyin çevrilərək bədəndə özünü göstərməsidir. Bu pozuntu, ruhsal sıxıntıların (qorxu, günahkarlıq, qəzəb, utanc) fiziki əlamətlərə (görmənin itirilməsi, yeriyə bilməmə, danışa bilməmə, ürəkgetmə) çevrilməsi ilə özünü göstərir. Konversiyon pozuntu insanın mübarizə edə bilmədiyi istənməyən hadisələr, neqativ yaşantılara qarşı verdiyi reaksiyadır. Burada önəmli məqam, xəstənin ehtimal ola biləcək xəstəliklərə sahib olmadığının bir çox analiz və testlərlə təstiq edilməsidir. Başqa bir deyişlə xəstə, fiziki əsası olmayan bədənsəl şikayətlərə sahibdir. Kişilərlə müqayisədə qadınlarda konversiyon pozuntuya 2-3 dəfə çox rastlanır. Daha çox yeniyetməlik və gənclik dövründə, bəzən uşaqlıq dövründə də rastlana bilir. Çox rastlanan konversiyon əlamətlərdən biri ürəkgetmədir. Bu tutmalar epileptik tutmalara bənzər, çırpınmalar şəklində ola bilir. Bu vaxt xəstə kənardan danışılanları eşidir ancaq cavab verə bilmir. Adətən ürəkgetmələr başqa insanların varlığında olur. Bəzən xəstə ağlayaraq özünə gəlir və qışqırma, saçını yolma, ətrafdakıları, özünü vurma kimi ifrat hərəkətlər edə bilir. Əgər sonrasında xəstə olanları xatırlamırsa bu vəziyyət “disossiativ” tutma adlanır. Həmçinin daxili gərginlik özünü keçici korluq, susqunluq və ya afoniya, bəzən ayaqların, əllərin tutulması şəkilində özünü büruzə verir. Bu problemdən əziyyət çəkən pasiyentlərdə qəribə bir laqeydlik olur. Bəzən əlamətləri sanki şəxsin özünün bilə bilə etdiyini düşünülsə də təəssüf ki, bu qətiyyən belə deyil. Konverison xəstələr ətrafda olub bitənlərin fərqində olsa da epileptik xəstələr tutma sonra heçnəyi xatırlamır və bu pozuntu epilepsiyadan daha uzun müddətdə davam edir. Xəsətəyə necə kömək etmək lazımdır? Bu tip bayılma tutmaları zamanı xəstəyə görüləcək ilk yardım qətiyyən onun ağzını açmağa, qaşıqla dişlərini aralamaqa cəhd etməyin.Bunun heç bir köməyi yoxdur.Xəstəni rahat buraxmağa calışın çünki təcrübə göstərir ki, tutma zamanı xəstənin ətrafında nə qədər çox insan olarsa tutmanı müddəti bir o qədər çox olur.