Xarici dil təhsili neçə yaşdan başlamalıdır

Xarici dil təhsili neçə yaşdan başlamalıdır? 2-7 yaş arasındakı ən əlverişli dövr hesab olunur. Uşaqlar beyin quruluşları sayəsində 5 yaşına qədər öyrəndikləri dili daha sürətli və ana dilinin tələffüzünə yaxın vəziyyətdə öyrənirlər. Uşaqlara ikinci dili öyrətmək üçün ideal vaxt 3 yaşıdır. Bu dövrdə uşaq artıq ana dilində inkişafını qismən başa vuraraq sadə cümlələr qura bilir. Ancaq bununla birlikdə, bu fikrə qarşı çıxan tədqiqatçılar, eyni anda fərqli dillər öyrətmənin uşağın nitq inkişafını ləngitdiyini və ünsiyyət bacarığından geri qaldığını iddia edirlər. İki dilli uşaqların dil inkişafını sürətləndirmək üçün nələrə diqqət yetirilməlidir? İki fərqli dil qazanmaq məcburiyyətində qalan və ya uşaqlarına eyni anda iki fərqli dil öyrətmək istəyən ailələr, uşaq doğulduğu andan etibarən hər iki dildən bərabər istifadə etməlidirlər. Bu baxımdan tətbiq oluna biləcək üsullardan biri; Övladları ilə söhbət edərkən həyat yoldaşlarından biri bir dildə, digəri digər dildə danışmalı və bu baxımdan qətiyyətli olmalıdır. Bunun üçün valideynlərə fikirlərini ən asan və aydın şəkildə ifadə edə biləcəkləri dildə danışmaları tövsiyə olunur. Digər bir üsul da ev şəraitində tək bir dil istifadə edib, ikinci dili isə uşağın tədris gördüyü müəsisədə əldə etməsidir. Hansı hallarda ikinci bir dil öyrədilməməlidir? Uşaq üç yaşında olmasına baxmayaraq iki dildən birində 2-3 sözdən ibarət bir cümlə qura bilmirsə, bəzən deyilənləri başa düşür, bəzən də anlamırsa, zehni ya da eşitmə qüsurları, öyrənmə çətinlikləri varsa əvvəlcə bir dildə ustalıq qazanmağı hədəfləməlidir. Çünki heç bir dildə ünsiyyət qura bilməyən uşaq aqresivlik göstərər və ya daxili aləmində böhran başlaya bilər. Bu cür hallarda uşağın özünü bir dildə ifadə etməsi üçün səylər göstərilməlidir (sosial mühit hansı dildən istifadə edirsə) və ikinci dil təklif edilməməlidir.