Yemək seçən uşaq üçün 10 tövsiyə

Əgər uşağınız yemək seçirsə və sevdikləri yeməklərdən başqa yemək yemirsə, bu mövzuda tək olmadığını bilməyinizi istəyirik. Dünyada bir çox ailə bu vəziyyəti sizin kimi yaşayır. Ancaq kimi zaman buna daha çox valideyn davranışı səbəb olur. Övladınızın yemək üstünlükləri yetişənə qədər yemək vaxtı mübarizələrdən qaçmaq üçün anlatacağım bu tövsiyələri nəzərə ala bilərsiniz.
1. Uşağınızın iştahına hörmət edin. Yeməyə məcbur etmək yalnız qida üstündə bir güc mübarizəsinə girməyinizə səbəb olacaq. Bundan əlavə, masadakı bu xoşagəlməz vəziyyət uşağınızın yemək vaxtını narahatlıq və qorxu ilə əlaqələndirməsinə səbəb ola bilər.
2. Hər gün eyni vaxtda yeməyə diqqət yetirin. Övladınıza gün ərzində meyvə suyu, süd və ya atışdırmalık yeməsinə icazə versəniz, yeməyə olan iştahı azalacaq.
3. Uşağın özünü kəşf etməsi üçün vaxt verin. Ac olduğunu gördükdə, bu hissi ona tanıtmaq üçün "Bundan sonra belə hiss etdiyin zaman ac olduğunu söyləyə bilərsən" deyin.
4. Uşağınızın yeni yeməyə alışması üçün dəfələrlə cəhd etməsi lazım ola bilər. Balacalar tez-tez yeni qidalardan ehtiyatlanırlar. Kiçik parçaları ağızlarına qoyub sonra geri çıxara bilərlər. Ona görə sevdikləri qidaların yanında yeni qidalar təklif edin.
5. Çocuğunuz hazırladığınız yeməkdən imtina etsə və bunun əvəzinə yeni bir yemək hazırlasanız, bu uşağı yemək seçməyə daha çox həvəsləndirəcəkdir.
6. Əyləncəli hala gətir. Brokoli və digər tərəvəzlərə sevimli sousu ilə təklif edin. Dəyişiklik üçün naharda səhər yeməyini təklif edə, masanı birlikdə hazırlaya, müxtəlif rəngli qidaları doğrayıb ad verə bilərsiniz.
7. Yeməyi uşağınızla hazırlayın. Alış-veriş edərkən, uşağınızdan meyvə, tərəvəz və digər qidaları seçməyinizə kömək etməsini xahiş edin. Evdə, uşağınızın tərəvəz yumasına, meyvə yerləşdirməyinizdə, süfrənizi düzəltməyinizdə kömək etməsini təşviq edin.
8. Uşağınızın yeməsini istəmədiyiniz bir şey almayın. Yaxşı bir nümunə göstərin. Müxtəlif sağlam qidalar yeyirsinizsə, övladınız da sizi təqlid edəcəkdir. Siz zərərli bir şəkildə bəslənirsinizsə və övladınızdan düzgün qidalanmasını tələb edirsinizsə bu, qidalanma ilə əlaqədar ziddiyyətlərə səbəb ola bilər.
9. Yaradıcı olun. Yemək istəmədiyi qidaları şorbasına, salatına və makaronuna qarışdırmağa cəhd edə bilərsiniz.
10. Masada elektron cihazlardan istifadə etməyin.Yemək yeyərkən televizoru və digər elektron cihazları bağlayın. Bu, uşağınızın yeməyə yönəlməsinə kömək edəcəkdir.
11. Şirniyyat ilə mükafatlandırmayın! Uşağa mükafat olaraq şirniyyat vermək "şirniyyat ən yaxşı yeməkdir" mesajını verir. Bu, uşağınızın şəkərə olan meyilini artıra bilər.
Xatırlatmaq istəyirik ki, uşağınızın yemək vərdişləri bir gecədə dəyişməyəcəkdir. Bununla birlikdə, hər gün atdığınız kiçik addımlar sağlam qidalanma prosesini dəstəkləməyə kömək edə bilər. Bunları edərkən uşaqların zövqlərinin hər an dəyişdiyini unutmayın.