Əlini burnundan çək!

Demək olar ki, hər yerdə qarşılaşdığımız bir davranışdır burun qarışdırmaq. Bəs bu xəstəlikdirmi? Uşaqlarda gördüyümüz barmağını burnuna salması müxtəlif səbəblərdən ola bilər. Əvvəla, 2-3 yaşında özünü, orqanlarını və xüsusiyyətlərini tanımağa başladığı bir dövürdür. 6-7 ayda körpənin ayaqlarını, əşyaları, burundan çıxardıqlarını ağzına qoyduğunu tez-tez gördük. Dodaqlarını və dilini ətraf mühiti və özünü tanıma orqanları kimi istifadə edir. Ancaq xəbərdarlıqlar, qışqırmaq və ya vurmaq bu vəziyyəti dəyişdirmir. Buna görə əvvəlcə səbəbləri araşdırmaqla başlamaq lazımdır. Burun, tərpənən saçları ilə xaricdən gələn havanı ən süzülmüş formada ağ ciyərlərə göndərir. Bunu hava soyuq olarsa isitmək və hava isti olarsa nəmləndirmək üçün də edir. Ancaq burun tıxalı olduqda vacib funksiyalarını yerinə yetirməkdə çətinlik çəkdiyi üçün narahat edir və bu davranış sərgilənir. "Düşünmək" Burun Qarışıqlığının Səbəbidirmi? Uşaqların düşünmə fəaliyyətində olduqları zaman burunlarını qarışdırdığını və qərar verdikdən sonra belə etməyə davam etmədiyini müşahidə edilir. Məşğul olmaq üçün bir şey tapa bilmədiyində də barmağını burnuna apardığını görərik.
Ailələr bu vəziyyətə necə mane ola bilər? İlk başda ciddi bir qaşınma, axıntı varsa, yuxarı tənəffüs yollarını yoxlamaq üçün bir həkimə müraciət edə bilərsiniz.
Danlamaq əvəzinə Söhbət etməyi sınayın
1. Uşaqla danışmalı və cəmiyyətdə xoş qarşılanmayacağını, dostlarının bu vəziyyəti sevməyəcəklərini və tualet ehtiyacı xüsusi bir yerdə qarşılandığı kimi lavaboyu və ya bir mendil ilə burnunu təmizləmək üçün istifadə etməsi gərəkdiyini izah etməlisiniz. Bəzən daldığım zaman mənim də əlim burnuma gedə bilər. O zaman sən də məni bu barədə xəbərdarlıq edə bilərsənmi? Eynilə,mən də səni görsəm xəbərdar edəcəm. Anlaşdıq?
2. Övladınızının burnunu qarışdığını gördüyünüz zaman onun diqqətini yayındırıb "Bunun kənarından tutub mənə kömək edə bilərsinizmi?" Əllərindən istifadə etməsini təmin edə biləcəyiniz üçün səs çıxaran düyməli oyuncaqlara, rəngləmə kitablarına, plastilinə üstünlük verilə bilərsiniz.
3. Övladımız bir təhsil müəssisəsində oxuyursa, müəllimlə iş birliyində sinif şəraitində bu mövzuda səhnəciklər hazırlayaraq vəziyyəti aradan qaldırmağa çalışa bilərsiniz.
Evdə uşağın şəxsiyyətini vurğulamaqdan çəkinməlisiniz “əgər belə etsən, səni sevməyəcəm” kimi ifadələrdən qaçının. 4. Uşaqla ünsiyyətdə pozitiv ifadələrin istifadəsinə də diqqət yetirməlisiniz. "Bunu etmə" yerinə "Gəlin bunu bərabər edək?" kimi ifadələrdən istifadə etmək faydalı olacaqdır.
6. Nəhayət, övladınız üçün bir nümunə olduğunuzu unutmamalısınız. Bir ailə olaraq özünüz də bilmədən burnunuzu qarışdırırsınızsa, övladınızdan bunu etməməsini istəmək çox təsirli olmayacaqdır.