Uşağın otağını nə zaman ayırmalıyıq
Uşağın otağını nə zaman ayırmalıyıq?
Cəmiyyətimizdə hələ də ehtiyac olmadığı halda böyük yaşlara kimi uşaqla eyni otaqda və ya bir yataqda yatılır.
"Uşağım 4 yaşına çatdı və eyni otaqda yatırıq."
"Mənim uşağım 5 yaşındadır; ancaq gecə yuxudan oyanıb yanımıza gəlir və bizimlə yatır. " Bunların hamısı valideynlərdən eşitdiyimiz
cümlələrdir. Siz də eyni halı yaşayırsınızsa özünüzə aşağıdakı sualları verin:
"Bu vəziyyəti dəyişdirmək üçün indiyə kimi nə etdik?"
"Cəhd etdiyimiz halda uğursuzluğumuzun səbəbi nədir?"
"Bu vəziyyətə hazır olmağımın qarşısını alan amillər hansılardı?"
Normal prosesdə ən başından bəri körpə ilə eyni yataqda yatmamaq ən yaxşı başlanğıcdır. Körpənizlə eyni yataqda yatırsınızsa, əvvəlcə bunu dəyişdirmək yaxşı olar.
Tövsiyə olunduğu kimi, 0-1 yaş arası uşaq valideynlərlə bir otaqda; bununla birlikdə ayrı bir yataqda yatmalıdır.
Uşaq 1 yaşını doldurduqda uşağın yatağı otağına aparılmalı və yuxu ritualının formalaşdırılması ilə öz otağında yatmasına icazə verilməlidir.
1 yaşından əvvəl bu problemi həll etməmisinizsə, problemin həll mərhələsində daha çox müqavimətlə qarşılaşa bilərsiniz. Ağlamaq, yatmamaq, qalxıb yanınıza gəlmək kimi bir çox problemli vəziyyət ilə qarşılaşa bilərsiniz. Keçid mərhələsinin tədricən olması faydalıdır. Bir neçə həftə ərzindəməsələn, yuxuya gedənədək onun yanında qalmaq, yanında oturmaq, yatağına kimi müşayiət etmək, həftə sonu bir gün birlikdə yatmaq yaxşı ola bilər. Mərhələlər arasındakı keçidlərin aydın olması və övladınızın keçidi fərq etməsi vacibdir. Nə olursa olsun, təslim olmamalı, qərarlı və səbirli şəkildə davam etməlisiniz.
Gecələr oyanıb otağınıza gəlsə və sizinlə yatmağa davam etmək istəsə nə etməlisiniz? Onu yenidən yatağa aparmalı və yenidən möhkəm bir şəkildə qucağınıza almalı, sakitləşdirməli, sonra yatağa yatırmalısınız. Onun ehtiyac duyduğu zaman eşidə biləcəyinizi deməli ancaq öz yatağınıza qayıdacağınızı bildirməlisiniz.