Sərhəddə şəxsiyyət pozuqluğu
Sərhəddə şəxsiyyət pozuqluğu, əsasən, həm pozuqluğa sahib olanlar, həm də ətraflarındakı insanlar üçün sarsıdıcı bir psixi sağlamlıq problemidir. Borderline şəxsiyyət pozuqluğu, öncəliklə, emosional nizamsızlıqla izah olunur. Bu durum ruh halında yaranan davamlı qeyri-sabitlik, şəxslərarası münasibətlər, mənlik obrazı, kimlik, davranış və fərdin mənlik duyğusunda yaranmış pozulma ilə izah olunur.
Borderline şəxsiyyət pozuqluğu olan insanlar daimi və sabit olmayan münasibətlərə və son dərəcə reaksiyalı, yoğun ruh halına sahib olmaqla yanaşı, adətən, düşünmədən hərəkət edirlər. Bu pozuqluğa sahib olan insanlar arasında intihar halları çox olmasına baxmayaraq, hədəf intihar deyildir.
Sərhəddə şəxsiyyət pozuqluğu xüsusiyyətlərdən bəhs etmək istəyirəm.
• Bu insanlar duyğularını düzəltməkdə çətinlik çəkirlər və çox zaman ani dəyişikliklər yaşayırlar.
• Şəxs qara və ya ağ düşünür. Arada başqa hər hansı bir variantın ola biləcəyini düşünə bilmir, rədd edir.
• Öz görüntülərini qınayırlar və təməldə dəyərsiz hiss edirlər.
• Bu insanlar sevgi dolu bir münasibət arzulayırlar.
• Dərin bir tərk edilmə qorxusu ilə yaşayırlar.
• Sosial olaraq qəbul edilmək üçün yarış halında olurlar, rədd edilməkdən qorxurlar və səmimi bir münasibət içində belə tez-tez özlərini tək hiss edirlər.
• Düşünmədən hərəkət edə bilirlər.
• İntihar cəhdləri ya da özünə zərər vermək, adətən, tərk edilmə, xəyal qırıqlığı kimi hisslərlə birlikdə olurlar.
• Bu insanlar hədsiz dərəcədə pul xərcləmə, qumar, çox yemək və təhlükəli seks kimi düşünmədən edilmiş davranışlara meyilli olurlar.
Sərhəddə şəxsiyyət pozuqluğu olan şəxslər məruz qaldığı problem iş, ev və sosial mühitlərdə və münasibətlərdə də daxil olmaqla, yaşamın psixo-sosial yönlərinin bir çoxu və ya tamamı üzərində geniş mənada mənfi təsir yaradır.