Boşanma zamanı uşaqlarla necə davranmalıyıq
Boşanma zamanı uşaqlarla necə davranmalı?
Müasir cəmiyyətdə cütlüklər müxtəlif səbəblərdən dolayı boşanma qərarı ala bilərlər. Hər iki tərəf üçün yetəri qədər ağrılı olan bu dövrdən uşaqlar da təsirlənir və psixoloji travmalar ala bilir.
Valideynlər bu dövrdə necə davranmalıdırlar?
• Danışarkən uşağın yaşını nəzərə alın.
• Uşağı, yaşı neçə olursa olsun boşanmadan əvvəl hazırlayın. Bundan sonrakı prosesin necə işləyəcəyi, kimin yanında qalacağı, digər valideyni nə zaman necə ünsiyyət saxlayacağı bilgisini verin.
• Ana-atanın ayrılmasının uşaqdan da ayrılmaq olmadığı uşağa açıqlanmalı və davranışlarla da göstərin.
• Boşanmada uşaqların günahı olmadığını, əvvəlki kimi onlara diqqət göstərəcəyinizi, onları birlikdə böyütməyə davam edəcəyinizi uşağa bildirin və buna əmin edin.
• Uşağa da hisslərini ifadə etmək hüququ verilməli, sualları varsa cavablandırın. Uşağa vəziyyəti olduğu kimi qəbul etməsinə kömək edin.
• Uşağı digər valideynə qarşı cəbhə aldırmayın. Ayrılmış bir valideynin günahlandırılması əlavə stres yarada bilər.
• Uşağa dəstək olun. Ona daim sevildiyini, vacib və dəyərli olduğunu hiss etdirin.
• Uşaq bir valideynlə görüşmənin digərindən imtina etmək demək olduğunu düşünməməlidir. Uşağı ziyarət günləri dəqiq bir cədvəl olaraq tərtib edib ona əməl edin.
• Uşağın kədərli düşüncələrdən qurtula bilməsi, özünə hörmətini artıra bilməsi üçün aktiv bir ictimai həyat təmin edin.
• Uşağın gündəlik həyatının mümkün qədər az dəyişməsinə diqqət yetirin.