Diqqət Əksikliyi Hiperaktiv Pozuntu nədir?
• Diqqət Əksikliyi Hiperaktiv Pozuntunun müalicəsi üçün müxtəlif yöntəmlər iləri sürülür. Lakin indiyə qədər aparılan elmi tədqiqatların nəticələri dərman müalicəsinin ən təsirli müalicə üsulu olduğunu göstərir.
• Bəs DƏHP olan uşaqların valideynlər nə etməlidir?
• Əvvəlcə uşağınıza qoyulan diaqnozu qəbul etməlisiniz.
• Övladlarınızı digər uşaqlarla müqayisə etməkdən çəkinməlisiniz.
• Müalicə olunmadığı təqdirdə böyük problemlərə səbəb ola biləcək bir xəstəlik olduğunu nəzərə alaraq DƏHP-yə ciddi yanaşmalısınız.
• Övladınızla ünsiyyət qurarkən onunla göz təması qurmalı və onu bir fərdi şəxs kimi qəbul etməlisiniz.
• Uşağınız dəqiq qaydalar qoymalısınız, lakin bu uşaqların qaydalara tabe olmaqda çətinlik çəkə biləcəyini unutmamalısınız.
• Xəbərdarlıq sayını azaldır. Məsləhət verməyi qətiyyətlə dayandırın.
• Birə bir təlimə yönəlin.
• Televizoru ən azı müəyyən bir müddətə söndürün.
• Uşağınızı kompüter asılılığından və kompüter zərərindən qoruyun.
• Övladınızla keyfiyyətli vaxt keçirməyinizə diqqət yetirin. Onu idman fəaliyyətinə yönəldin.
• Uşağınıza onu sevdiyini və hər fürsətdə yanında olduğunuzu hiss etdirin. Uşağınız bilməlidir ki, həmişə onu sevən valideynləri var.
Diqqət Əksikliyi və hiperaktiv pozuntu uşaqlıq dövründə başlayan və bir çox hallarda yetkinlik yaşına qədər davam edən və ən çox rastlanan neyropsixiatrik xəstəlikdir. Kiçik yaşlı uşaqlarda, xüsusən, 4 yaşdan əvvəl olanlarda həddindən artıq hərəkətliliyi normal inkişaf xüsusiyyətlərindən ayırmaq çox çətindir. DƏHP diaqnozu, əsasən, məktəb yaşı dövrünün ilk illərində qoyulur. Xəstəlik bu illərdə öz mənfi təsirlərini daha çox büruzə verir . Diqqət Əksikliyi və hiperaktiv pozuntunun əlamətlərinə hiperaktivlik, diqqət əksikliyi və impulsivlik hisslərini olmaqla 3 əsas təməli birləşdirir. Hədsiz hərəkətlilik, yerində oturmada yaranan çətinlik, çox danışma, diqqətin dağılması, tez-tez nəyisə itirmək, sualları dinləmədən cavablama, oyunların sırasında gözləmədə çətinlik, araya girmək, söz kəsmək, nə dediyini dinləməmə, təhlükəli işlərə girişmək, məktəbə başlama ilə bu əlamətlərin artması, məktəbdə davamiyyətin azalması, sosial mühitə uyğunlaşmamaq xəstəliyən əsas əlamətlərindəndir. Qidalanma, yuxu problemləri, tərslik, bir şeydən tez bezmək, aqressivlik, yalan danışmaq kimi əlamətləri də var. Akademik və sosial ünsiyyətdə yetərsizlik, uşağın vəziyyətinin valideynlər və müəllimlər tərəfindən bildirilməsi/ simptomların 6 ay və daha uzunmüddətli görünməsi və bu simptomlara yol açan digər psixonevroloji xəstəliklərin olmaması əsasında diaqnoz qoyulur. Diqqət defisiti hiperaktivlik pozğunluğunun diaqnozunu qoymaq üçün hər hansısa laborator və görüntüləməyə ehtiyac yoxdur. Klinik şikayətlərə əsasən diaqnoz qoymaq mümkündür. Diqqət əskikliyi olan uşaq məktəb əşyalarını və ya tapşırıqlarını tez-tez unutduğu, dərslərdə diqqəti dağılıb fikrə getdiyi üçün aşağı qiymətlər aldığı, qaydalara dözə bilməyib evdə və ya məktəbdə qaydaları pozduğuna görə davamlı olaraq xəbərdarlıqlar alır. Bir də uşaq bu davranışlara görə davamlı olaraq cəzalandırılırsa o zaman davranış problemləri və ya başqa psixiatrik pozuntular yarana bilər. Davranış pozuntusu, böyük yaşda narkotik istifadəsi kimi hallar da müşahidə oluna bilər. Diqqət əskikliyi neyrobiolojik vəziyyət olduğu üçün müalicə edilməzsə, bu xəstəliyi müşahidə edən başqa psixiatrik xəstəliklər də yarana bilər. Ona görə də xəstəliyin erkən aşkarlanmasını uşağın bütün həyatının dəyişməsinə vəsilə ola bilər.