Yaşa görə cinsi təlim
Uşaqlar 2 yaşdan etibarən öz bədənləri ilə maraqlanmağa başlayırlar. Hətta bu yaşdan etibarən başlanan “tualetə öyrətmə” onlarda cinsiyyət orqanlarına olan marağı daha da artıra bilər. Bu maraq onlarda öz cinsiyyət üzvləri ilə oynamaları və həzz almaları ilə birlikdə olur. Lakin bu həzz cinsi həzzdən tamamilə fərqli bir şeydir. 3-4 yaş arası qız və oğlan uşaqları artıq aralarında olan fərqlilikləri başa düşürlər. Hətta bir-birinin cinsiyyət orqanını necəliyi ilə maraqlana bilərlər. Bu yaşda uşaqlar öz uşaqlıqlarını, necə dünyaya gəldiklərini bilmək istəyirlər. Əgər uşaq cinsiyyət üzvü haqqında hər hansı bir sual verirsə, valideyn bədənin digər orqanları və onların fəaliyyətləri haqqında danışaraq cinsiyyət üzvü haqda da məlumat verməlidir. Həmçinin onlara bu yaşda, qız-oğlan uşaqlarının fərqliliklərindən, cinsiyyət orqanının onların şəxsi bədən üzvü olmasından və başqalarının ona baxması və toxunmasına mane olmaq lazım olduğundan danışmaq olar. 10-12 yaş dövründən etibarən artıq övladlarınız yeniyetməliyə addım atır. Əgər bu vaxta kimi də övladınızla söhbət etməmisinizsə, hələ də gec deyil, onunla danışın. Çünki, övladınız onda baş verən dəyişikliklər səbəbilə mənəvi və psixoloji cəhətdən özünü pis hiss edir. Bəzən isə bu dəyişikliklər barəsində utandığı üçün sual verə bilmir. Onlara yeniyetməlik dövründə baş verən fiziolojik, psixolojik dəyişiklikləri dərkləri səviyyəsində anladın. Məsələn, onlarda baş verəcək bədən quruluşunun dəyişməsi, səslərinin kobudlaşması, bədənlərinin böyüməsi, bədənlərinin bəzi yerlərində tüklərin əmələ gəlməsi, üzlərində səpkilərin yaranması və sair. Həmçinin qızlara aybaşı dövrünü başa salan zaman bu məsələyə daha həssas yanaşmalı, bu vəziyyətin onun gələcəkdə ana olması üçün bir giriş nöqtəsi olduğunu başa salmaq lazımdır.