Masturbatif davranışlar
Cinsi kəşflər (masturbatif davranışlar) iki yaş dövrü ilə birlikdə artar. Bu dövrdə uşaq tualet vərdişinə yiyələnməyə başladığı üçün cinsi orqanına toxunması və bu toxunuşlarda xoşa gələn fərqli duyğular kəşf etməsi meydana çıxar. Əvvəllər oyunlarında rast gəlinən bu davranışlar, sonra bilərək təkrar edilməyə başlar. Bu davranışın qadağan olunması uşağın diqqətini daha çox çəkər və marağını daha da artırar. Daimi xəbərdarlıqlar olunarsa uşaq özünü günahkar hiss edər və səhv etdiyini düşünər. Yalnız qalan, darıxan, oyun oynamağa yoldaşı olmayan, daima qadağalar qoyulan, yemək və tualet vərdişində sərt nəzarətdə olan və içinə qapalı uşaqlarda bu davranış daha sıx görünür. Bu davranışlar təbii bir dövr olaraq qəbul edilsə də görülmə sıxlığı önəmlidir. Bu davranışların sıxlığı çox isə nə etmək lazımdır?
1. Həddindən artıq reaksiya göstərməyin.
2. Xüsusilə yatma vaxtında bunu edirsə görməməzlikdən gəlin.
3. Uşağınıza bədəninin bəzi hissələrinin xüsusi olduğunu öyrədin.
4. Bəzi şeylərin təkbaşına edilə biləcəyini izah edin. Uşaqlarınız oturma otağında cinsiyyət orqanlarına toxunursa, bunu edə biləcəkləri fərqli bir yer, yataq otağı və ya tualet olduğunu söyləyin.