Uşaqlar üçün hansı oyuncaqları seçməliyik

Oyun körpələr və uşaqlar üçün bir öyrənmə şəklidir. Hər yeni təcrübə, fərqli bir hadisə uşağın gələcəkdəki zəkasının, xəyal gücünün və yaradıcılığının təməllərini atır. Hal belə olunca ana atalar körpələrinə oyuncaq seçərkən yalnız şirinliyinə, əyləndirici olmasına deyil, oyuncağın sağlam və etibarlı olmasına, körpələrinin inkişafına kömək olmasına da diqqət göstərir. Bir oyuncaq seçərkən nəyə diqqət edilməlidir? İlk növbədə oyuncaq təhlükəsiz materiallardan hazırlanmalıdır. Uşağın yaralana biləcəyi, kəskin çıxıntılı hissələri və iti küncləri olmayan oyuncaq olmalıdır. Rənglər mümkün qədər təbii olmalıdır. Oyuncaqlarda bakteriyaların yığılmaması üçün mütəmadi olaraq təmizlənməsi üçün uyğun olmalıdır. Diqqətlə seçilmiş oyuncaqlar uşaqlarda sağlam bir fiziki və psixoloji inkişafı təşviq edə bilər. Doğru oyuncaq körpənin social və zehni bacarıqlarını artırar, nitqin və yerimənin tez başlamasına səbəb olub, məntiq və xəyal günü artdıraraq uşağın sağlam inkişafına təsir göstərə bilər. Uşağınızı izləyin, qulaq asın və nəyi sevib, nələrlə maraqlandığına diqqət yetirin. Körpənizlə birlikdə böyüyün və onunla bol-bol oynayın!
  1 yaşını doldurmamış Uşaqlar üçün hansı oyuncağı seçməliyik?
Yeni doğan bir körpəyə alına biləcək ilk oyuncaqlar yataq dönəncəsi, olmayan zınqırov yada əl oyuncaqları, yataq kənarı oyuncaqları, işıq və şəkil əks etdirən proyektorlar ola bilər. Titrəşimli musiqili anaqucaqları yada ev tipi yelləncəklər bu aydakı körpəniz üçün sakitləşdirici ola bilər. 3 ayından sonra bütün bədən əzələlərini hərəkətə keçirmək üçün oyun xalçaları uygundur. 6 ayından böyük körpəyə artıq yerdə oturaraq oynaya biləcəyi toxunduğunda səs və işıq verən düyməli fəaliyyət oyuncaqlarını, kublar, iç-içə keçən qabları, kiçik barmaq kuklaları, düzülə bilən halqaları, sadə musiqi aləti ala bilərsiniz. 8-9 aylıq bir körpəyə özünü ətrafındakı insanları əşyaları və hadisələri öyrədəcək üç ölçülü oyuncaqlar, avtomobillər, kuklalar alına bilər. Öz-özünə gedən yıxılan bir oyucaq onun iməkləmə və yerimə prosesini sürətləndirər. 10 aylıq bir körpəyə ilk qələm və qaralama boyama kitabı ala bilərsiniz. Fiziki azadlığını qazanmış bir yaşında körpə üçün ilk yürütəç-velosipedi uyğundur.
3-4 aylıq bir körpə, rəngli, səsli oyuncaqlara maraq göstərir. Ona tutma bacarığını inkişaf etdirməsi üçün zınqırovlu dişlik, üç ölçülü rəngli kitablar, yumşaq toplar, xışıldayan fərqli materiallarda yumşaq oyuncaqlar, diqqətini çəkmək üçün zənglər, alına bilər. 5 aylıq bir körpəyə vurduğunda səs və işıq çıxaran oyuncaqlar alına bilər.