Ölümü uşağa necə başa salaq
Sevilən insanın itgisi yaşanması qədər danışılması da çətin olan mövzudur. Böyüklərin qəbullanmaq və üstəsindən gəlməkdə əziyyət çəkdiyi bu durumun uşaqlar üçün daha mürəkkəb olduğunu unudulmamalıdır. Böyüklər uşaqlarla ölümü necə ələ alacaqlarını bilmədikləri üçün bu mövzü haqqında onlarla danışmaqdan çəkinirlər. Bunun da əsas səbəbi ailələrin ölümün uşaq üçün nə mənaya gəldiyini bilməmələrindən iləri gəlir. Bu gün hər yaş qrubunda yas mövzusunu necə ələ alınması gərəkdiyindən danışmaq istəyirəm.
2-2.5 yaşına qədər olan uşaqların itgiyə dair fikirləri tam anlaşılmış deyil və 2 yaşına qədər olan uşaqlar üçün bir məna daşımadığı ortaq fikri mövcuddur. Məktəbə qədər olan uşaqlar ölümün bir son olduğunu qavramaqda çətinlik çəkər. Ona görə uşağa ölən insanın heç bir zaman geri qayıtmayacağı deyilməlidir. Bu uşaqlara özləri də daxil olmaqla birgə bütün canlıların bir gün öləcəyi uyğun bir dildə izah edilməlidir. Ölən haqqında “torpağın altındadır” deyilməsi bu yaş grupunda təşviş və qorxuyu artıra bilər. Ona görə uşağa, misal olaraq, Ölənin Allahın yanına getdiyini, biz görə bilməsək də onun bizi gördüyünü, ehtiyacımız olduğunda içimizdən onunla söhbət edə biləcəyimiz deyilə bilər. Ölən birinin bütün bədən funksiyalarının dayandığını, yəni ölən birinin nəfəs ala bilmədiyini, yeyib içə bilməyəcəyini, oyun oynaya bilməyəcəyini, hiss edə və xəyal edə bilməyəcəyini başa salmaq lazımdır. Eyni zamanda uşağa ölümün həqiqi səbəbi deyilməlidir. Misal üçün; nadincliq etdiyində, sözə baxmadığında ya da sadəcə kiminsə ölməsini istədiyində, o adamı öldürməyəcəyini uşağa başa salmaq çox vacibdir.
Ölümün sadəcə özümüzdən asılı səbəblərdən deyil, həm də xəstəlik və ya yaşlılıq səbəbindən də baş verə biləcəyini deməliyik. Dörd yaşındakı bir uşağa düzgün məlumat verilib və sualarına cavab tapdığı təqdirdə ölümün nə demək olduğunu çox yaxşı başa düşə bilər. Ancaq uşaq tam olaraq nə olduğunu başa düşsə belə mərhumun olduğu yerə getməyi istəyə yaxud işdən qayıtmasını gözləyə bilər.
6 yaşından sonra uşaqlar ölənin geri gəlməyəcəyini tam olaraq qavrayar ama ölümü yenə də sevdiklərinə yaraşdırmaz çünkü sadəcə yaşlı və pis adamların öldüyünü düşünər.
11 yaş üstündəki uşaqların ölümü qavraması böyük insanların qavrayışı ilə üst-üstə düşər. Ölümün nəticələrini bildikləri üçün də ölməkdən qorxmaya başlayarlar.
Arada qalınan mövzulardan biri uşağın dəfn mərasiminə götürüb yaxud götürülməməsidir. Uşaqların dəfn mərasimlərində iştirakı onlar üçün bir çox cəhətdən faydalıdır. Uşağın cənazədə faktiki bir vəziyyətlə qarşılaşdığı üçün mövcud durumu qavramasını asanlaşdırır. Ancaq getdiyində ölən insanın torpağın altındadır demək yerinə, gəbirin onun baxçası olduğunu, darıxdığında hər zaman buraya çicəklə gələbiləcəyini deyə bilərsiniz.
Başqa çox arada qalınan mövzulardan biri də ölüm xəbərinin uşağa kimin verəcəyidir. Bu məlumatı uşağa mütləq sevdiyi və güvəndiyi birinin deməsi uyqundur.
Yaxını rəhmətə gedən uşaqlara necə kömək edə bilərik? Əsas məsələ uşaqla söhbət edib başına gələnləri izah etmək və deyilənləri necə başa düşdüyünü görmək, dinləmək, duyğularını və düşüncələrini ifadə etməsi üçün ona imkan vermənizdir. Uşağa qayğı göstərə bilər və təhlükədə olmadığı fikrini çatdıra bilərsiniz. Gündəlik fəaliyyətlərinə riayət etməsini dəstəkləyin. Məktəbə və ya uşaq bağçasına qayıtmasını sürətləndirin və müəllimlərin, sinif yoldaşlarının uşağı dəstəkləyəcəyini və bu çətin dövrü keçmək üçün faydalı ola biləcəyini unutmayın.