Tik pozuntusu nədir

Tiklər böyüklərlə yanaşı uşaqlarda da tez-tez rast gəlinən nevro-psixolojik bir haldır. Tiklər-insanın iradəsindən aslı olmayaraq, istəkdən kənar eyni hərəkətlərin təkrarlanmasıdır. Tiklər adətən qəfil, aritmik və ardıcıl olaraq başlayar. Tiklər xüsusən insanın yorğun, həssas, emosional və gərgin olduğu hallarda artar.
3 tipə ayrılır:
Motor tiklər- tək əzələlərin və ya əzələ qruplarının qismən məcburi şəkildə qıvrılmasıdır. Göz qırpma, çiyin atma, başını arxaya çəkmə, qaş qaldırma, gözləri böyütmə, burun qırışdırma, ağızın künclərini bükmə, əl və ayaq tikləri sayıla bilər. Səs tikləri- burun, ağız və ya boğazdan hava axını ilə əmələ gələn səslərdir. Sanki boğazda səsi tənzimləmə, öskürmə, burun çəkmə, ah çəkmə, iyləmə, quruldama və hürmə kimi özünü göstərir. Mürəkkəb vokal tiklər digər insanların sözlərini təkrarlama (ekolaliya), öz sözlərini təkrarlama (palilaliya) və ədəbsiz sözlər və ifadələrin qəfil ağızdan (coprolalia) çıxması kimi simptomları özündə cəmləşdirir. Tiklər bir aydan çox, lakin bir ildən az müddətə davam edərsə, onları tranzitor adlandırmaq olar. Motor və ya vokal tiklər bir ildən çox davam edərsə, xroniki tik pozuntusu olaraq qəbul edilir.
Turett sindromu, daha uzun müddət ərzində (> 1 il), bir neçə motor tikin və ən azı bir vokal tikin meydana gəldiyi bir xəstəlikidir. Tranzitor tiklərə çox sıx rastlayırıq. Ələxsus 6 yaşında uşaqların 20% -də görülə bilər. Xroniki tiklərin yayqınlığı 4% -dən çoxdur. Bu simptomlar Adətən 4-15 yaşından başlayır və başlanğıcı təxminən 7 yaşda görülür.
Tiklərin tezliyi, intensivliyi və şiddəti ümumiyyətlə gündən günə və həftədən həftəyə dəyişir. Stres, narahatlıq və ya yorğunluq simptomları artıra bilər. Digər tərəfdən aktiv konsentrasiya və incə motor funksiyalar işə düşdükdə tiklər azala bilər. Tiki olan uşaqlar arasında çox vaxt diqqət əksikliyi və hiperaktivlik, həmçinin obsessiv-kompulsiv pozuntu müşahidə olunur. Tiklərin və Turett sindromunun gedişatları çox fərqli ola bilər. Spontan geri çəkilmə baş verə bilər və eləcə də simptomlar bir neçə ay şiddətlənərək davam edə bilər.
Tiklərin müalicəsində uşağa, ailəsinə və yaxın ətrafına təhsilin tənzimləməsi və həmyaşıd dəstəyi, həmçinin uşağın ümumi sosial öhdəliklərinə dəstək olmaq üçün məlumat vermək və rəhbərlik etmək çox vacibdir. Müalicənin məqsədi isə simptomların həddindən artıq psixososial və ya fiziki cəhətdən zəiflətməyə gətirib çıxarmağa qoymamaqdır. Tiklər uşağı narahat edərsə, funksional və ya sosial həyatına zərər verərsə, terapiya və ya medəkamentoz müalicəyə başlanıla bilər.