Təşviş pozuntusu nədir?

Normal həyatda bizi qoruyan qorxu, həddindən çox və vəziyyətdən əlaqəsiz ortaya çıxarsa təşviş pozuntusuna yol aça bilər. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Təşviş pozuntulu insanlar bu vəziyyəti “pis bir şey olacaqmış hissi”, “narahat edici bir hal” ya da “Səbəbsiz bir qorxu” şəklində ifadə edir. Həyəcan hissinin şiddəti bəzən o qədər yüksək olur ki, bu insanlar adi gündəlik iş gücləri ilə maraqlana bilmir, ətraf aləmdən uzaqlaşmağa başlayırlar.
Əsas əlamətləri;
• səbəbsiz yerə qorxu və panik hissetmək
• daimi yuxusuzluq və əsəbilik
• ürək döyüntüsü
• ağız quruması
• əllərin içinin tərləməsi
• konsentrasiyanın pozulması
• daimi pis bir şey olacağını fikirləşmə
• əllərdə və bədəndə əsmə (tremor)
• müvəqqəti yaddaş pozuntusu sayıla bilər.
Əgər bu hallar – peşə və ailəvi həyatını təsir etməyə başlamışsa,
– İnsanlararası münasibətlərində çətinliklər olursa,
– Təşviş halı gün içində çox tez qarşısına çıxır və gününün böyük bir hissəsini əhatə edirsə,
– bu anları idarə edə bilmir və başa çıxa bilmirsə,
-Ən az 6 aydır bu vəziyyəti yaşayırsa mütəxəssisə müraciyət etmək mütləqdir.